SİYASƏT
Kölndə yaşayan azərbaycanlılar da ordumuza dəstək verib
20.07.2020 [11:00]
Xəbərin mətni
Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, dinc şəkildə həyata keçirilən aksiyada yüzlərlə soydaşımız iştirak edib. Şəhərin Breslaur Platz adlanan ərazisində baş tutan aksiyaya Almaniyanın digər şəhərlərindən gələn azərbaycanlılar da qoşulub.