Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada daşnaklar bir daha mənfur xislətlərini göstəriblər

20.07.2020 [11:27]

Xəbərin mətni

Bir daha erməni “dindarlarının” din örtüyü altında terror fəaliyyəti həyata keçirməsinin canlı şahidi olduq. Belə ki, Erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri Fransanın prefektura orqanlarından icazə almadan iyulun 19-da yerli vaxtla saat 14:50-də Parisdə səfirliyimizin qarşısında qanunsuz aksiya keçirməyə cəhd edərkən jandarm və polislə üzləşməli olublar.