SİYASƏT


İğdırda Azərbaycana dəstək aksiyası keçirilib

Türkiyənin İğdır şəhərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və ölkəmizə dəstək məqsədilə velosipedsürmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İğdır Velosipedçilər Klubu, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.