Azərbaycan Dövlət İnformasiya Agentliyi

İğdırda Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirilir

21.07.2020 [19:54]

Xəbərin mətni

Türkiyənin İğdır bölgəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və ölkəmizə dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. İzdiham Türkiyə-Ermənistan sərhədinə doğru hərəkət edir.
AZƏRTAC xəbər verir ki, aksiya İğdırın Orta Əlican kəndindən başlayıb. İştirakçılar Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırır, təcavüzkar Ermənistanın işğalçı siyasətinə etiraz, Azərbaycan-Türkiyə qardaşlığına, ordumuza dəstək şüarları səsləndirirlər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI