SİYASƏT


Kiyevdə BMT-nin nümayəndəliyi qarşısında Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlara etiraz əlaməti olaraq Kiyevdə Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) və Kiyev Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə BMT-nin Kiyevdəki nümayəndəliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Ukrayna Ali Radasının deputatı, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “BMT: 4:0”, “Azərbaycan, biz səninləyik!” şüarları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır