SİYASƏT


Azərbaycan səfirinin videomüsahibəsi İtaliya mətbuatında geniş yayılıb

İtaliyanın nüfuzlu Askanews xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində Ermənistanın həyata keçirdiyi hərbi təxribatlara dair videomüsahibə və İtaliyada yaşayan azərbaycanlıların Ermənistanın təcavüzünə qarşı İtaliya parlamentinin qarşısında həyata keçirdiyi etiraz aksiyasına dair videoreportaj yayımlayıb.