MƏDƏNİYYƏT


Beyləqanlı heykəltəraş şəhid general-mayor Polad Həşimovun büstünü hazırlayıb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi Təbriz Soltanlı Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun büstünü hazırlayıb.
Beyləqan rayon sakini Təbriz Soltanlı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Nur üzlü şəhidim” adlandırdığı əsərini general-mayor Polad Həşimovun səngərdə şəhid olduğu andan hazırlamağa başlayıb: “General-mayorun ön xəttə, səngərdə əsgərlərlə bir yerdə döyüşməsi və şəhid olması məni çox təsirləndirdi. Odur ki, onun büstünü düzəltmək qərarına gəldim. Büstü hazırlamaqla şəhidlərimizin nur üzlü olmasını, ölməzliyini ifadə etmək istəmişəm”.