CƏMİYYƏT


Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş vebinar keçirilib.
Tədbir iştirakçıları Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınarkən şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.