ELM VƏ TƏHSİL


3 nəfərin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 şəhər və rayonda imtahan keçirilib.İmtahanların təşkil edilməsi üçün ümumilikdə 88 imtahan binası, 1241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 88 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1663 nəzarətçi–müəllim, 176 buraxılışı təşkil edən əməkdaş, 88 bina nümayəndəsi ayrılıb.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.