CƏMİYYƏT


Tovuzun Dondar Quşçu kəndinə düşən top mərmisi zərərsizləşdirilib

ANAMA mütəxəssisləri Ermənistan silahlı qüvvələri tərəfindən atılan və partlamamış 122 mm-lik top mərmisini kənd ərazisində təhlükəsiz əraziyə daşıyaraq zərəsizləşdiriblər. Agentliyin mütəxəssisləri Ermənistan silahlı qüvvələri tərəfindən artileriya atəşinə tutulan 6 kənd ərazisində təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini davam etdirir. Daxil olmuş 27 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu Tovuz rayonunun Dondar Quşçu, Ağdam, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Vahidli və Hacallı kəndlərində, həmçinin Qazax rayonunun Xanlıqlar kəndində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı zamanı 16 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə və 3 otlaq sahəsinə baxış keçiriblər.