Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşədə narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıblar

23.07.2020 [19:03]

Xəbərin mətni

İsmayıllı rayonunda meşədə narkotik tərkibli çətənə kolu yetişdirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon polis şöbəsi əməkdaşlarının əldə etdikləri məlumata əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qalınçaq kəndinin ərazisindəki meşədə 2457 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.