CƏMİYYƏT


Siyəzəndə narkotik satan dəstə üzvləri saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan iki dəstə ifşa edilərək, 35 kiloqramdan çox narkotik maddə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev saxlanılaraq şöbəyə gətirilib.