SİYASƏT


Hikmət Hacıyev Kanadanın “CTV News” televiziyasına müsahibəsində Ermənistanın hərbi təcavüzündən danışıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV News” televiziya kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal edilmiş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb.