SİYASƏT


Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar Fondunda pislənilib

İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar Fondunda (FESEI) Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərinə həsr olunmuş seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycanın səfiri Anar Məhərrəmov çıxış edərək dövlətimizin Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasətinin prioritetlərinin təmin olunması məqsədilə uğurlu addımlar atıldığını bildirib. Qeyd edib ki, Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurub.