SİYASƏT


Berlində etiraz aksiyası keçirilib

Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətinə etiraz olaraq Almaniyada yaşayan soydaşlarımızın növbəti aksiyası Berlində Brandenburq qapılarının önündə keçirilib. Bir çox xarici ölkənin diplomatik nümayəndəliklərinin də yerləşdiyi bu ərazidə soydaşlarımızın aksiya keçirməsində əsas məqsəd Ermənistanın təcavüzkar siyasətini alman ictimaiyyəti ilə yanaşı, dünya ictimaiyyətinə də bir daha çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.