ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 29-30-da növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.