ELM VƏ TƏHSİL


1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 14 şəhər və rayonunda növbəti buraxılış-qəbul imtahanları keçirilib. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.