Azərbaycan Dövlət İnformasiya Agentliyi

2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

30.07.2020 [17:26]

Bu gün DİM tərəfindən 10 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib. 30 iyulda keçirilən imtahanlarda 14255 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI