ELM VƏ TƏHSİL


Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili imtahanına qeydiyyat elan olunub

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili imtahanına qeydiyyat elan olunub. DİM-dən verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23.59-dək qeydiyyatdan keçməklə ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan 10 manatı şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcək.