SİYASƏT


Bu gün rəsmi olaraq işə götürülmüş insanların heç birinin işdən çıxarılması məsələsi yoxdur

Bu gün rəsmi olaraq işə götürülmüş insanların heç birinin işdən çıxarılması məsələsi yoxdur. Dövlət müəssisələrinə bununla bağlı göstəriş verilib, eyni zamanda özəl sektora. Amma qeyri-rəsmi olaraq işləyənlərin bu gün hansısa tələb irəli sürmək haqqı olmur. Ona görə də bu artıq fürsətdir ki, rəsmi qeydiyyatda olan işlərdə işləsinlər. AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır