CƏMİYYƏT


Yaqut Qarayeva: Tibb işçiləri hələ də iki cəbhədə mübarizə aparırlar

Hazırda dünyada koronavirusa yoluxanların sayı 56 milyonu keçib. Bir milyondan çox ölüm qeydə alınıb. Sağalanların sayı 39 milyondan çoxdur. Təəssüf ki, Azərbaycanda da gündəlik yoluxmalar iki mindən çoxdur. İyun-iyul aylarında yoluxma halları maksimum 600-ə bərabər idi. Səhiyyə sistemi yüklənmişdi və ciddi əziyyət çəkirdik. Hazırkı vəziyyətdə də səhiyyə sistemimiz yüklənib.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.