Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–Türkiyə Allerqoloq və İmmunoloqlarının II Beynəlxalq Konfransı keçirilib

10.05.2025 [13:41]

Bakıda Azərbaycan–Türkiyə Allerqoloq və İmmunoloqlarının II Beynəlxalq Konfransı keçirilib. Tədbirdə Türkiyənin nüfuzlu universitetlərindən gələn alimlərin və yerli mütəxəssislərin elmi-praktik məruzələri dinlənilib. Konfrans çərçivəsində allerqologiya və immunologiya sahəsindəki ən aktual problemlər, xəstəliklərin diaqnostikası və müalicəsində əldə olunan son nailiyyətlər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb.