Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır
17.05.2025 [16:16]
Xəbərin mətni
Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub. O vaxtlar bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb. Bu barədə "Bakı Ürək Günləri" IX Beynəlxalq Konqresdəki çıxışında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.