CƏMİYYƏT
Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib
07.10.2024 [19:49]
Xəbərin mətni
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ETKİ-nin direktoru, konqresin sədri, professor Gülnaz Dadaşova istər Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresini, istərsə də aprel ayında olmuş I Türk Dövlətləri Kardioloji Qurultayını ölkələrin tibb sahəsində əməkdaşlığının yeni mərhələsi və Türk Dövlətləri Təşkilatının dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisi kimi səciyyələndirib.