MÜSAHİBƏ


Oqtay Şirəliyev: "Sinovac" şirkətinin vaksini kifayət qədər effektlidir

Dünyada bir neçə müasir şirkət COVID-ə qarşı vaksin istehsal edib. Bütün ölkələr də öz əhalisini vaksinasiyadan keçirmək istəyir. Əksər ölkələrə növbə ilin sonuna, bəlkə də gələn ilə çatacaq, bundan tez olmayacaq. Lakin bizim ölkə rəhbərinin nüfuzu sayəsində demək olar ki, bütün firmalarla danışıqlar aparılıb. İstehsal olunan vaksinlərin xüsusiyyətləri, keyfiyyəti dəqiq öyrənilib. Mütəxəssislər də qərara gəldilər ki, Azərbaycan üçün ən yaxşı vaksin Çinin "Sinovac" şirkətinin vaksinidir. Qardaş Türkiyədə də həmin vaksindən istifadə olunur.AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.