CƏMİYYƏT


İmişlidə tibb işçiləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib

İmişlidə COVID-19 infeksiyasına qarşı peyvəndləmə kampaniyasına start verilib. İlkin mərhələdə xəstəxananın tibb heyəti vaksinasiya cəlb olunub.
AZƏRTAC xəbər verir ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında peyvəndləmə işləri üçün lazımi şərait yaradılıb. Vaksinasiya işlərini yerinə yetirmək üçün 40 nəfərlik heyət təşkil olunub.