MÜSAHİBƏ


Nigar Arpadarai: XXI əsrdə irqçilik, ayrı-seçkilik, ksenofobiya kimi anlayışların hələ də mövcud olması təəssüf doğurur

Azərbaycanda tarixin çox ağrılı bir dövrünü keçirdik. Milli üstünlük siyasi ideologiyası ilə Ermənistan hökuməti və siyasi elitası son 30 ildə yalnız etnik kimliyinə görə 20 faiz Azərbaycan ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdı. Bu, çox uzaq bir tarix deyil. Ancaq bu gün qürurla demək istəyirəm ki, Azərbaycan beynəlxalq hüququ tətbiq edərək Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanları doğma evlərinə qayıtmaq hüququnu bərpa etdi. Bu gün bizim üçün əsas prioritet işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparmaq, məcburi köçkünləri öz evlərinə qaytarmaqdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri deputat Nigar Arpadarai AŞPA-da “Avropada etnik profilləşmə: böyük narahatlıq doğuran məsələ” adlı məruzə ilə bağlı debatlardakı çıxışında deyib.