MÜSAHİBƏ


Fransalı tədqiqatçı: Fransa Xocalı soyqırımının tanınması istiqamətində zəruri addımlar atmalıdır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda soyqırımı törədilib və 613 dinc sakin qəddarcasına qətlə yetirilib. XXI əsrin astanasında mülki əhaliyə qarşı belə bir qırğının törədilməsi qəbuledilməzdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak bildirib.