“YAŞAT” Fondu ilə Türkiyə vəqflərı arasında şəhid övladlarının Türkiyədə təhsil alması və qazilərin müalicəsi ilə bağlı danışıqlar aparılıb
12.03.2021 [14:39]
Xəbərin mətni
Türkiyəyə səfərimizin məqsədlərindən biri də Azərbaycanın “YAŞAT” Fondu ilə eyni vəzifələri daşıyan Türkiyənin vəqflərı arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu sahədə uğurlu və məhsuldar görüşlər keçirdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.