Qambiyalı diplomat: Gördüklərimiz bizi dəhşətə gətirib
06.04.2021 [19:30]
Xəbərin mətni
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupu olaraq bizə işğaldan azad edilmiş ərazilərdə baş vermiş dəhşətli cinayətlərin şahidi olmaq maraqlı idi. Biz bu gün erməni vəhşiliyini öz gözlərimizlə görüb, şahidi olduq.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qambiya Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.