MÜSAHİBƏ


Çağrı Erhan: Hazırda Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev təxminən 3 saat ərzində müxtəlif ölkələrdən olan elm adamları, jurnalistlərlə fikir mübadiləsi apardı, onların Qarabağa dair suallarını cavablandırdı. Görüş zamanı gələcəkdə Qarabağda hansı infrastruktur işlərinin görüləcəyi barədə də məlumat verdi. Burada qaçqınların geri qayıtmaları ilə bağlı məsələlər barədə də müzakirələr aparıldı.AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Türkiyə Altınbaş Universitetinin rektoru Çağrı Erhan deyib.