CƏMİYYƏT


Qubada yaşadığı yeri tərk edən iki koronavirus xəstəsi haqqında araşdırmaya başlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus testi müsbət çıxan rayon sakinləri Mətləb Kazımov və Qənbər Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və onlar koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.Faktlarla əlaqədar Quba RPŞ-də araşdırmalar aparılır.