MÜSAHİBƏ


İqor Korotçenko: “Dəmir yumruq” əməliyyatı XXI əsrin müasir yüksək texnoloji müharibə nümunəsidir

Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri mayın 1-də Ağdamda səfərdə olan Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.