MÜSAHİBƏ


Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərini araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək

Ermənilərin müharibə cinayətlərinin araşdırılması məqsədilə Türkiyədə beynəlxalq komissiyasının təsis edilməsi mühüm əhəmiyyət daşıyır. Komissiyasının missiyası ermənilərin Azərbaycana qarşı törətdiyi bütün cinayətləri mərhələli şəkildə təhlil edərək, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu fikirləri AZƏRTAC-a videomüsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç ifadə edib.