Martin Bezombes: Azərbaycanlı gənc əsgər mənim ölkəmin azadlığı uğrunda vuruşub
09.05.2021 [14:23]
Xəbərin mətni
Faşizm üzərində Qələbənin növbəti ildönümünü qeyd edirik. Bu gün burada azərbaycanlı gənc əsgər Mikayıl Hüseynovun xatirəsinin anılması ilə bağlı tədbirdə iştirak etmək mənim üçün şərəfdir. O əsgər İkinci Dünya müharibəsində mənim ölkəmin azadlığı uğrunda canından keçib.
Bu fikirləri Rodez şəhərinin merinin müavini Martin Bezombes AZƏRTAC-a müsahibəsində deyib.