MÜSAHİBƏ


Əliməmməd Nuriyev: Müasir məhkəmə kompleksləri ədalət mühakiməsinin effektiv həyata keçirilməsi üçün geniş imkanlar yaradır

Son illər paytaxtda və bölgələrdə 25-ə yaxın məhkəmə üçün yeni, müasir İKT və avadanlıqla təchiz olunmuş bina və komplekslər, eyni zamanda, 4 məhkəmə kompleksi tikilib ki, burada vətəndaş məmnunluğunun təmin olunması, bütövlükdə hakimlərin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycan ədalət mühakiməsi sistemində texnologiyalardan geniş istifadə edilməklə, elektron məhkəmə sistemi mərhələli şəkildə inkişaf etdirilir.AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Masallı Məhkəmə Kompleksinə təşkil olunmuş mediatur zamanı bildirib.