MÜSAHİBƏ


Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri çərçivəsində keçirilən görüşlər, müzakirələr zamanı toxunduğumuz məsələlər, təklif olunan layihələr əsasında apardığımız fikir mübadiləsi iki qardaş ölkənin maraq və mənafelərini tam şəkildə əks etdirir.Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.