CƏMİYYƏT


Köndələnçay üzərindəki üç anbarın su tutumu 15,5 milyon kubmetrdir

Aşağı Köndələnçay su anbarı Köndələnçay çayı üzərində yerləşən anbarlardan ən böyüyü hesab edilir və 9,5 milyon kubmetr su tutumu var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Füzuli Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Atakişi Babayev jurnalistlərə açıqlamasında bildirib.