MÜSAHİBƏ


Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır

AŞPA-nın yay sessiyası çərçivəsində media azadlığı və ictimai etimad məsələsi müzakirə olundu. Azərbaycanda bu gün medianın - ənənəvi, eləcə də sosial medianın rolu böyükdür. Bu sahədə xalq-iqtidar birliyindən danışmalıyıq. Müəyyən sosial, humanitar problemlərin həllində insanların fəal iştirakı, bunun dövlət tərəfindən diqqət mərkəzində saxlanılması və həll edilməsi nümunəvi hal kimi qəbul edilə bilər.Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, bu gün medianın üzərinə böyük məsuliyyət düşür.