CƏMİYYƏT


TƏBİB-in səyyar briqadaları iri ticarət mərkəzlərində peyvəndləmə aparırlar

İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə səyyar briqadalar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi ölkəmizdə uğurla davam etdirilir.