MÜSAHİBƏ


Yalçın Yarpaq: Qardaşlıq yardımına görə Azərbaycana minnətdarıq

Muğla vilayətinin Marmaris rayonunda meşəlik ərazidə baş verən yanğınlar hazırda nisbətən nəzarət altına alınıb. Son iki gündə yanğınların lokallaşdırılması və söndürülməsi istiqamətində əhəmiyyətli işlər görmüşük. Azərbaycandan gələn qardaşlarımız iyulun 31-də olduqca mühüm məntəqədə təhlükəli yanğın ocağının nəzarət altına alınmasında ciddi səylər göstərdilər. Bu, qardaşlıq yardımına görə Azərbaycana minnətdarıq.
Bu ifadələri Türkiyənin Meşəçilik İdarəsinin Marmaris bölgəsi üzrə müdiri Yalçın Yarpaq AZƏRTAC-ın yanğın bölgəsində olan xüsusi müxbirinə müsahibəsində deyib.