MÜSAHİBƏ


Türkiyənin sabiq deputatı: Azərbaycanlı yanğınsöndürənlər alovlara qarşı böyük fədakarlıq göstərirlər

Azərbaycanlı yanğınsöndürənlərin dar günümüzdə köməyə gəlməsi bütün Türkiyənin qəlbini fəth edib. Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza səmimi qəlbdən təşəkkür edirik. Türkiyə meşələrini birgə yanğınlardan xilas etmək cəhdlərimiz bir daha “Bir millət, iki dövlət”,- olmağımızın nümayişidir. Azərbaycanlı yanğınsöndürənlər alovlara qarşı böyük fədakarlıq göstərirlər. Bu qəhrəmanlıqdan qürur duyuruq.Bunları Türkiyə Meşəçilik İdarəsinin keçmiş baş direktoru, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Osman Kahveci AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinə deyib.