Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-nin məsul əməkdaşı: Türkiyədəki yanğınların söndürülməsinə cəlb olunmağımız bizim üçün fəxrdir

10.08.2021 [10:20]

Xəbərin mətni

Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki yanğınların söndürülməsinə cəlb edilməsi bizim üçün fəxrdir. Fəaliyyətimiz uğurla davam edir. Əməkdaşlarımız böyük ruh yüksəkliyi ilə çalışırlar. Yanğınlar tam söndürülənə qədər Türkiyədəyik.Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən əməkdaşına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikası şöbəsinin mühəndis-inspektoru, daxili xidmət mayoru Xalid Həsənli söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI