MÜSAHİBƏ


Türkiyənin Baş ombudsmanı Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi abidələrin və məkanların vəziyyətini araşdıracaq

Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistanın işğalı altında olarkən minalanmış Azərbaycan əraziləri və bu ərazilərdə məhv edilən mədəni-tarixi abidələrlə bağlı hesabat hazırlamaq üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasına müraciət edib. Türkiyənin Baş ombudsmanı və İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri kimi mən Assosiasiyanın pakistanlı baş katibi Müştaq Əhməd Suxera və digər nümayəndələrimiz ilə birgə bu məsələləri hüquqi baxımdan araşdırmaq üçün sentyabrın 14-19-da Azərbaycanda olacağıq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç söyləyib.