Xalq artisti Ramiz Quliyev: Ağdamın dağlarına baxanda ürəyim dağa dönür
13.09.2021 [14:23]
Xəbərin mətni
İnsanlar vətənlərinə, yurdlarına - viran qalmış, dağıdılmış Ağdama necə sevgi-məhəbbətlə gəlirlər. Mən bu gün böyük sevinc və qürurla yaşayıram. Ağdamın dağlarına baxanda ürəyim dağa dönür.Bunu AZƏRTAC-ın bölgə müxbirinə 28 ildən sonra Ağdam şəhərinə səfər etmiş respublikanın xalq artisti, professor Ramiz Quliyev söyləyib.