MÜSAHİBƏ


Mesut Hakkı Caşin: Azərbaycanın Vətən müharibəsi dünya hərb tarixinin ən böyük uğurlarından biridir

Müstəqilliyinin bərpasının 30-cu və Vətən müharibəsində əldə edilən Zəfərin birinci ildönümü münasibətilə bütün qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən bütün oğullarımıza Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Azərbaycan Ordusunun zabitlərinin yetişdirilməsində əməyim olduğu üçün çox qürurluyam.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, Yeditəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşin Azərbaycan mediasına müsahibəsində bildirib.