MÜSAHİBƏ


Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq regionun digər ölkələri üçün cəlbedici və faydalıdır

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin altıncı üçtərəfli görüşü səmərəli keçdi. Görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərə və geniş əlaqələrə dair səmərəli müzakirələr apardıq. Sevindirici haldır ki, bu görüşdə Azərbaycanı ərazi bütövlüyünü bərpa edən ölkə kimi təmsil edirdik.AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.