MÜSAHİBƏ


Əli Əhmədov: Bu forum Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan ehtiramının nümunəsidir

Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Çox əlamətdar hadisədir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını azad etdi. Beləliklə, Nizami Gəncəvinin 880 illik yubileyi xüsusi bir şəraitdə - ərazilərimizin azad olunması şəraitində qeyd olunur.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Baş nazirin müavini Əli Əhmədov bildirib.