MÜSAHİBƏ


Kyoko Yamamoto: “YAŞAT” fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdım

Bu günlərdə “YAŞAT” fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdım.Bu sözləri tanınmış yapon caz ifaçısı və iş adamı xanım Kyoko Yamamoto AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib. K.Yamamoto bildirib ki, Azərbaycanı, bu ölkənin qonaqpərvərliyi, xoş aurası ilə seçilən sakinlərini yaxşı tanıyır və artıq səkkiz ildir bu gözəl diyar onun həyatında xüsusi rol oynayır.