MÜSAHİBƏ


Kamran Əliyev: Bəzi şəxslər helikopterin qəzaya uğraması hadisəsindən siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm.Bu barədə Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev AZƏRTAC-a açıqlamasında bildirib.